Portuqaliya prezidenti Ronaldonu mükafatlandıracaq
03.01.2014 - 21:47
Portuqaliya prezidenti Ronaldonu mükafatlandıracaq
Portuqaliya prezidenti Anibal Kavaku Silva ölkəsinin ulduz futbolçusu Kriştianu Ronaldonu “Dövlət Nişanı” ilə təltif edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Portuqaliya Prezident Aparatından məlumat verilib.

Belə ki, 28 yaşlı yarımmüdafiəçi Portuqaliyanın dünyada tanınmasında böyük rol oynadığı və gənc nəslə örnək olduğu üçün bu mükafata layiq görüldüyü deyilib.

Qeyd edək ki, 2008-ci ildə FİFA “Qızıl Top” mükafatına layiq görülən Madrid “Real”ının futbolçusu, indiyə kimi Portuqaliya millisi ilə 109 matça çıxıb və 47 qol vurub.