Olimpiada zamanı aksiyaların keçirilməsinə icazə verildi
04.01.2014 - 17:11
Rusiya prezidenti Vladimir Putin Soçi Olimpiadasının keçiriləcəyi dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə fərmanına dəyişiklik edib. APA-nın “Lenta.ru” saytına istinadən yaydığı xəbərə görə, yeni fərmana əsasən Olimpiya oyunları dövründə şəhərdə və ətraf ərazilərdə etiraz aksiyalarının keçirilməsinə icazə veriləcək.
15 noyabr 2013-cü il tarixli fərmanda qeyd edilirdi ki, 2014-cü il yanvarın 7-dən martın 21-nə qədər Olimpiya oyunları ilə əlaqəsi olmayan istənilən kütləvi tədbir qadağan olunur. Sənədin yeni redaktəsində isə bildirilir ki, Olimpiya oyunları ilə əlaqəli olmayan mitinqlər, yürüşlər, kütləvi yığıncaqlar Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin ərazi orqanları ilə razılaşdırıldıqdan sonra keçirilə bilər. Aksiyaların marşrutu isə Soçi şəhər administrasiyası tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, Soçi qış Olimpiya oyunları fevralın 7-dən 23-nə qədər, Paralimpik oyunlar isə martın 7-dən 16-na qədər keçiriləcək.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0