8 qızıl, 8 gümüş, 10 bürünc
08.01.2014 - 02:44
"Qəbələ" İdman Klubunun aşağı yaş qruplarında mübarizə aparan cüdoçuları növbəti uğura imza atıblar. Apasport.az saytının məlumatına görə, 2000-2001 və 2002-2003 təvəllüdlü cüdoçular arasında 4-7 yanvar tarixlərində paytaxtda keçirilən Açıq Bakı Birinciliyi qəbələlilərin üstün çıxışı ilə yadda qalıb.
Belə ki, 40-dan artıq klubun iştirak etdiyi turnirə ilk dəfə qatılan gənc idmançılar buna baxmayaraq, hamını təəccübləndirməyi bacarıblar. 900 idmançı arasında fərqlənən “qırmızı-qaralar” yekunda 8 qızıl, 8 gümüş, 10 bürünc medal qazanıblar.
Baş məşqçi Ramil İsmayılovun yetirmələri bu nəticə ilə komanda hesabında birinci yeri tutub. İkinci yerə "Evo" Cüdo Klubu, üçüncü yerə isə "Lokomotiv" sahib çıxıb. Komandada 2 qızıl və 1 bürünc medalı qısa müddətdir klub nəzdində Qəbələdə fəaliyyət göstərən cüdo bölümü qazandırıb. Digər medallar isə klubun Bakı bölümünün aktivinə yazılıb.
Xatırladaq ki, bu yaş qrupları üzrə Avropa və dünya birincilikləri keçirilmədiyi üçün sözügedən turnir ölkədə ən vacib yarış hesab olunur.
Mənbə: gabalafc.az

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0