Millimizə qarşı oynamış futbolçu “mavi” imiş
08.01.2014 - 20:40
Almaniya milli komandasının futbolçusu Tomas Hitslşperger “mavi” olduğunu etiraf edib. Lent.az-ın məlumatına görə, 2013-cü ilin sentyabrında karyerasını başa vurmuş 31 yaşlı Hitslşperger “Zeİt.de”yə müsahibəsində homoseksuallar cəmiyyətinə mənsub olduğunu açıqlayıb.
O deyib: “Fikrimcə, bu barədə danışmağın vaxtı çatıb. Bunu dərk etmək üçün uzun yol keçmişəm. Az öncə anladım ki, mən kişi ilə yaşamağı üstün tutardım. Belə olmağımdan utanmıram, amma ictimai rəylə barışmaq çətin olur”.
Qeyd edək ki, Tomas Hitslşperger karyerasının böyük hissəsini İngiltərənin “Aston Villa” və Almaniyanın “Ştutqart” komandalarında keçirib. O, İngiltərənin “Vest Hem” və “Everton”, İtaliyanın “Latsio”, Almaniyanın “Volfsburq” klublarında da çıxış edib. Hitslşperger Almaniya yığmasında 52 oyun keçirib, 2006-cı il dünya çempionatının bürünc və 2008-ci il Avropa çempionatının gümüş medallarını qazanıb. 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində isə yarımmüdafiəçi Azərbaycan millisinə qarşı hər iki matçın iştirakçısı olub. O, istər 2009-cu ilin 12 avqustunda Bakıda 2:0, istərsə də sentyabrın 9-da Hannoverdə 4:0 hesabı ilə qalib gəldikləri matçlarda 90 dəqiqə meydanda olub.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0