Futbol üzrə Misli Premyer Liqasının 16-cı turu davam edir.
2-ci oyun gününün 2-ci matçında maraqla gözlənilən qarşılaşmayla günə yekun vurulacaq.
Belə ki, Vaqif Cavadovun "Sumqayıt"ı doğma meydanda Samir Abasovun "Neftçi"sini qonaq edəcək.
Abasovun sabiq komandasıyla dueli, doğma şəhərində azarkeşlər tərəfindən necə qarşılanacağı saat 18:00-da bəlli olacaq.
Matçdan öncə Abasov "Sumqayıtda atmosferi necə gözləyirsiniz?" sualına "Neftçi" hara gedirsə, ab-hava" yaradır demişdi. Bəs görək "Neftçi" öz oyunuyla necə ab-hava yaradacaq.
Hər bir halda Vaqif Cavadovun da komandanı necə oyuna köklədiyi maraqlıdır.
Saat 18:00-da başlayacaq matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb