AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub.
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Xudat City FA – ŞKGB oyununda ŞKGB komandasının 23 nömrəli futbolçusu İqrar Səmədov qarşılaşmanın 73-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Mübariz Binə FK – Ələt FK oyununda Mübariz Binə FK komandasının 9 nömrəli futbolçusu Nazir Quliyev qarşılaşmanın 86-cı dəqiqəsində təcavüzkar davranış etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Mübariz Binə FK – Ələt FK oyununda Ələt FK komandasının 5 nömrəli futbolçusu Asif Sadıqov qarşılaşmanın 86-cı dəqiqəsində təcavüzkar davranış etdiyi üçün üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Xan Çinar FK – Gənclər Birliyi Bakı PFK oyununda Gənclər Birliyi Bakı PFK komandasının 67 nömrəli futbolçusu Tamerlan Zeynalov qarşılaşmanın 78-ci dəqiqəsində oyunun hakimlərinə qarşı nəlayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Əlincə FK – Sirab FK oyununda Əlincə FK komandasının 13 nömrəli futbolçusu Nihad Müslümov qarşılaşmanın 85-ci dəqiqəsində oyunun hakimlərinə qarşı nəlayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Gənclik (Şəki) FK – Balakən FK oyununda Balakən FK komandasının 44 nömrəli futbolçusu Ramazan Havalayev qarşılaşmanın 55-ci dəqiqəsində oyunun hakimlərinə qarşı nəlayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Veteran Tankçılar Gəncə FK – Göyəzən PFK oyununda Veteran Tankçılar Gəncə FK komandasının 6 nömrəli futbolçusu Sahib Cümşüdov qarşılaşmanın 42-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldıqdan sonra rəqib oyunçunu vuraraq təhqir etdiyi üçün növbəti 7 (yeddi) oyuna buraxılmasın (maddə 9.3, 17.5, 45.1, 52.3);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Veteran Tankçılar Gəncə FK – Göyəzən PFK oyununda Veteran Tankçılar Gəncə FK komandasının prezidenti Hacıbaba Əzimov oyun bitdikdən sonra hakimlərin otağına daxil olaraq onları təhqir etdiyi üçün növbəti 8 (səkkiz) oyuna buraxılmasın (maddə 9.3, 52.4, 87.1);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Veteran Tankçılar Gəncə FK – Göyəzən PFK oyununda Veteran Tankçılar Gəncə FK komandasının 17 nömrəli futbolçusu Rəvan Əliyev oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 51.2);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Xəzri Buzovna FK – City Baku FK oyununda City Baku FK komandası oyun əsas vaxtından 45 dəqiqə keçməsinə rəğmən təşkilati-texniki problemlərini aradan qaldıra bilməyərək oyunu ləngitmələri səbəbindən oyun baş tutmadığı üçün City Baku FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 78.2);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Xok FK – Ordubad FK oyununda Ordubad FK komandasının 7 nömrəli futbolçusu Teymur Rəfili qarşılaşmanın 30-cu dəqiqəsində ciddi kobud oyun sərgilədiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın (maddə 44.1);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Göygöl FK – Qovlar FK oyununda Göygöl FK komandasının 20 nömrəli futbolçusu İsmayıl Məmmədov qarşılaşmanın 70-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Göygöl FK – Qovlar FK oyununda Qovlar FK komandasının 13 nömrəli futbolçusu Mehrac Alıyev qarşılaşmanın 73-cü dəqiqəsində, oyun davam edərkən oyunu icazəsiz tərk etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.6);
21.11.2026-cı il tarixində AFFA U-9 Liqasında keçirilmiş Modern FC – FC SCOUT oyununda FC SCOUT komandasının baş məşqçisi Asif Zeynalov qarşılaşmanın 11-ci dəqiqəsində hakim qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın (maddə 51.1);
21.11.2026-cı il tarixində AFFA U-9 Liqasında keçirilmiş Zirə PFK – AZART oyununda AZART komandasının baş məşqçisi Səxavət Ağazadə qarşılaşmanın 36-cı dəqiqəsində hakim qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın (maddə 51.1);
21.11.2026-cı il tarixində AFFA U-9 Liqasında keçirilmiş Ulduz FA – Vətən oyununda Vətən komandasının baş məşqçisi Rəşad Muradov qarşılaşmanın 14-cü dəqiqəsində hakim qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın (maddə 51.1);