“Bavariya” Keynin əvəzləyicisini “Arsenal”da tapdı
26.11.2026 - 11:07
“Bavariya” qış transfer pəncərəsində “Arsenal”ın hücumçusu Kay Havertsi heyətinə qatmaq istəyir.
Apasport.az xəbər verir ki, almaniyalı futbolçu ciddi zədə alan Harri Keyni əvəzləmək üçün əsas namizədlərdən biridir.
London klubu 27 yaşlı futbolçunun transferi üçün 75-85 milyon avro büdcə müəyyənləşdirib. Lakin “topçular” mövsümün ortasında Havertslə yollarını ayırmaq istəmirlər.
Münhen təmsilçisi hələlik qarşı tərəfə rəsmi təklif göndərməyib.
Qeyd edək ki, ayaq biləyindən ciddi zədə alan Harri Keynin 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
- Poçettinodan “Sportinq”lə heç-heçə sonrası etiraf: “Hələ bir həftədir...”
- Emre Belözoğlu: "Fənərbaxça" buralara yaraşır"
- “Fənərbaxça”da türkiyəli məşqçinin ilk zəfəri – Emre tarixə düşdü
- “Fənərbaxça”ya uduzan Arda Turan: “Liderik, amma...”
- “Yuventus” və “Nyukasl”ın hədəfində olan futbolçu qərarını açıqladı
0
0