AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb
13.11.2025 - 11:38
AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2017–2025-ci illər ərzində ən çox sanksiya tətbiq edilən 10 idman növünü müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, bu barədə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransın açılış mərasimində məlumat verib.

Onun sözlərinə görə, dopinqə görə ən çox sanksiya alan idman növləri aşağıdakı kimidir:

1. Güləş – 22 idmançı
2. Boks – 20 idmançı
3. Ağırlıqqaldırma – 12 idmançı
4. Taekvondo – 11 idmançı
5. Cüdo – 9 idmançı
6. Pauerliftinq – 7 idmançı
7. Velosiped idmanı – 6 idmançı
8. Atletika – 5 idmançı  
9. Həndbol – 5 idmançı
10. Kikboksinq – 5 idmançı