"Oyuna hazırlaşdığımız kimi başladıq. Məncə, kənardan hansı komandanın Premyer Liqa, hansının 1-ci Liqa təmsilçisi olması hiss olunmurdu".
Bu sözləri apasport.az saytına açıqlamasında Amit Quluzadə deyib.
"Qaradağ Lökbatan"ın baş məşqçisi "Səbail"lə matçı dəyərləndirib: "Biz bu gün 1-ci Liqada sonuncu pillədəyik. 2 aya yaxındır ki, burdayam. Hər ötən gün komandanı daha da inkişaf etdirməyə çalışırıq. Lakin heyətimiz çox kasaddır. Futbolçuların əksəriyyəti gənc oyunçulardır. Əlimizdə əlavə 2-3 futbolçu da olsaydı, fərqli ssenari izləyə bilərdik. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Məşqlərdə verdiyim tapşırıqları oyunda izləyə bildim. Əsas odur ki, meydanda ciddi fərq görünmədi. Hansısa xüsusi motivasiyadan söhbət gedə bilməz. Sadəcə oyundan əvvəl futbolçulara dedim ki, siz digər klublarda oynayan azərbaycanlı oyunçulardan geri qalmırsız. Bacarıqlarınızı meydanda göstərməlisiz".
Mütəxəssis qış planları barədə də danışıb: "Rəhbərlik bizim üçün hər cür şərait yaradıb. İnkişaf göz önündədir. Büdcəmizə uyğun futbolçular axtarırıq. Tapa bilməsək də, bu heyətlə davam edəcəyik".
Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qaradağ Lökbatan" - "Səbail" matçı "dənizçilər"in qələbəsi ilə nəticələnib - 2:0.
İsmayıl Xeyrullayev
- Kaxaber Sxadadze: “Futbolçularımın gördüyü iş yüksək səviyyəlidir”
- Berezutski islahatlara başladı - ”Sabah”a rusiyalı futbolçu gətirir
- "Zirə"nin hücumçusu 1/8 final matçını buraxacaq
- Dino Ndolovu: “Qarabağ”a qayıtmaq istədiyim heç kimə sirr deyil" - Müsahibə
- Qriqorçukun gətirdiyini Abasov göndərir - "Neftçi"də ayrılıq