“Sabah”dan növbəti heç-heçə - YENİLƏNİB
03.05.2025 - 21:26
“Sabah”dan növbəti heç-heçə - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXXIV turun növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, "Araz-Naxçıvan" "Sabah"ı qəbul edib. 

Avrokuboklar uğrunda mübarizə aparan komandalar "Liv Bona Dea Arena"da üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qapılara 2 qol vurulub. Oyunda qalib müəyyənləşməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Misli Premyer Liqası

XXXIV tur

19:30 "Araz-Naxçıvan" – "Sabah" 1:1
Baş hakim: Kamal Umudlu

"Liv Bona Dea Arena"

“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev 2. Slavik Alxasov 7. Ülvi İsgəndərov 26. Ömər Buludov 16. Ramon Maçado 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 4. İqor Ribeyro (k) 97. Felipe Santos

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə 6. Vadim Abdullayev 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 8. Karlos Jatoba 14. Miço Kuzmanoviç 10. Bernardo Dias

Baş məşqçi: Elmar Baxşıyev

“Sabah”: 92. Stas Pokatilov 17. Tellur Mütəllimov 9. Anatoli Nuriyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 7. Boyan Letiç 18. Pavol Safranko (k) 40. İqor Noqeyra 70. Cesse Sekidika 13. İvan Lepiniça 12. Vinsent Till

Ehtiyat oyunçular: 1. Yusif İmanov 55. Nicat Mehbalıyev 10. Namik Ələskərov 8. Ayaz Quliyev 15. Seymur Məmmədov 88. Xəyal Əliyev 32. Elgün Dünyamalıyev 4. Sofian Çakla 3. Con İrasabal 33. Umarali Raxmonaliyev

Baş məşqçi: Vasili Berezutski