"Kocaelispor" ayağının tozu ilə "Qarabağ"dan futbolçu istəyir - HƏM DƏ YERLİ
22.04.2025 - 18:45
"Kocaelispor" ayağının tozu ilə "Qarabağ"dan futbolçu istəyir - HƏM DƏ YERLİ

"Qarabağ"ın futbolçusu karyerasını ölkə xaricində davam etdirə bilər. 

Komandanın müdafiəçisi Bəhlul Mustafazadə bir neçə klubun maraq dairəsinə düşüb.

Apasport.az saytına verilən məlumata görə, onu heyətinə qatmaq istəyən komandalardan biri də "Kocaelispor"dur. 

Türkiyə Super Liqasına yenidən vəsiqə qazanan İzmit təmsilçisinin skautları millimizin üzvünü yaxından izləyirlər.

Onlar I Liqada çıxış edərkən də Bəhlulla maraqlanırdılar. 

28 yaşlı futbolçunun taleyi yalnız mövsümün sonunda bəlli olacaq. Lakin müdafiəçinin yayda komandanı tərk edəcəyi bildirilir.

Qeyd edək ki, Mustafazadənin "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.