"Araz-Naxçıvan"dan darmadağın - 12:2
18.12.2025 - 16:06
"Araz-Naxçıvan"dan darmadağın - 12:2

Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turdan təxirə salınmış "Araz-Naxçıvan" - U-19 matçı keçirilib.

Apaasport.az xəbər verir ki, "Olimpik Star"da baş tutan görüş Naxçıvan təmsilçisinin 12:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra son ölkə çempionu qış fasiləsinə 25 xalla turnir cədvəlinin zirvəsində yollanıb. U-19 isə 6 xalla beşincidir.

Qeyd edək ki, futzal üzrə Azərbaycan Yüksək Liqasında III dövrəyə 2026-cı il yanvarın 19-da start veriləcək.