[b]Argentina millisində yeni rekordçu[/b]
16.06.2018 - 18:20
DÇ-2018-in hazırda davam edən Argentina – İslandiya oyunu yeni rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, cənubi amerikalıların start heyətində meydana çıxan Xavyer Maskerano yığmada 144-cü matçını keçirir.
Bununla da 34 yaşlı futbolçu Argentina millisinin tarixində mütləq rekordçu olub. Bunadək Maskerano Xavyer Zanetti ilə şərikli rekorda malik idi.
Qeyd edək ki, “14 nömrə” millidə ilk oyununu 2003-cü ilin iyulunda Uruqvaya qarşı keçirib.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0