Avropa çempionatı: Millimizin ikinci mərhələdəki rəqibləri bəlli olub
06.12.2024 - 12:42
![Avropa çempionatı: Millimizin ikinci mərhələdəki rəqibləri bəlli olub](https://ww3.apasport.az/storage/news/2024/december/06/big/6752b90030edb6752b90030edc17334745606752b90030ed96752b90030eda.jpg)
17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri bəlli olub.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.
İkinci mərhələnin oyunlarının 2025-ci ilin martında keçirilməsi planlaşdırılır.
0
0