Ayxan Abbasov: “Klub olaraq bu cür oyunlara ehtiyacımız var”
27.10.2024 - 21:27
Ayxan Abbasov: “Klub olaraq bu cür oyunlara ehtiyacımız var”

Misli Premyer Liqasının XI turunun "Qarabağ" - "Şamaxı" matçından (3:0) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

"Bilirdik ki, oyun çətin keçəcək. Rəqibimiz "Qarabağ" idi. Birinci hissədə futbolçularımız yaxşı çıxış etdi. Bəlkə də Giorgi Kantariyanın epizodu qol olsaydı, yaxşı alınardı. İkinci hissə isə qapımıza penalti ilə başladı. Ondan sonra istər-istəməz hücum etməyə çalışdıq, oyun açıldı. Rəqib də bundan istifadə etdi. Klub olaraq bu cür oyunlara ehtiyacımız var. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Evdə və səfərdə bəzi oyunlar bizim üçün kritik olacaq ki, xal qazanmalıyıq. Üç gündən sonra kubok matçı var. Ondan sonra "Zirə" ilə görüşə hazırlaşacağıq".

- Penalti epizodunu necə şərh verərdiniz?
- Artıq hakimlikdən danışmaq istəmirəm. Hər oyundan sonra hakimlikdən danışıram. Özümdən də xoşum gəlmir. Mənə görə də o epizodda penalti yoxdur. Qaydalar deyir ki, topa toxunuşdan sonra sərt dəyərsənsə, penaltidir. Sərt dəymirsənsə, penalti deyil. Bu epizodda Adil topu çıxarır. Aleksey Kaşukun sürətinin qarşısını almadı. Kaşuk özü də yıxılırdı. Ondan sonra oyunun işində foullar var verilmir. Hərdən təzə qaydalar deyirlər. Ya futbol Azərbaycanda dəyişilib, bizim xəbrimiz yoxdur. Çox da danışmaq istəmirəm.

- "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib ki, hakimlərin ədalətinə inanmıram. Ötən mövsüm də hakimliklə bağlı epizodlar çox olurdu, hətta hakimlərə etiraz etmişdiz, görüşlər baş tutmuşdu. Bu mövsüm də elə görüşlərin təşkilinə ehtiyac var? Bəlkə Klublar Komitəsinin iclasında bunu müzakirəyə çıxarmaq olar?
- Hakimlər də səhv edə bilər. Onların üzərinə düşürük. Bəlkə hərdən onlarda da bizə qarşı aqressiya yaranır ki, baş məşqçilər hər oyundan sonra hakimlik haqda danışır. Ancaq gerçək budu ki, performans yüksəlməlidir. Baxırıq da, oyunlar var orada penalti verirlər, bu oyunda eyni epizod olur, vermirlər. Məsələn, bir epizodu deyim, mənim üçün çox maraqlıdır. "Kəpəz"in "Turan Tovuz"la oyunudur deyəsən. Paçu Liranın ayağını cərimə meydançasında tapdalayırlar. Başqa vaxtlar dərhal penaltidir də. Bəlkə də qaydalar var. Yeni qaydalardr, xəbərimiz yoxdur, bilmirəm. Əlbəttə ki, görüşlər olmalıdır. Hər kəs inkişaf etməlidir. Çünki çempionatımızda kritik oyunlar olur. Görürük ki, hər tur səhvlər təkrarlanır.

 

0