Bu gün Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turunun yarışları baş tutub.
Apasport.az xəbər verir ki, turnirin ikinci günündə idmançılar dağ xizəyinin slalom növü üzrə çıxış edərək yüksək nəticələr uğrunda mübarizə aparıblar.
Gərgin keçən yarışların yekununda İsveçrə təmsilçisi Nikita Anner birinci yerə layiq görülüb. Qazaxıstan idmançısı Dalel Talkunova ikinci, Gürcüstan təmsilçisi Nino Thklauri isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir yanvarın 11-dək davam edəcək. Qarşıdakı günlərdə iştirakçılar slalom və giant slalom növləri üzrə yarışlarda mübarizəni davam etdirəcəklər.
“Azerbaijan Open” turnirində Azərbaycanla yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan olan müxtəlif yaş kateqoriyalarını əhatə edən 20 qadın idmançı iştirak edir. Yarışlarda ölkəmizi Azərbaycan dağ xizəyi üzrə idmançısı Anastasiya Papatoma təmsil edir.
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar