Azərbaycan Kubokunda 29 illik rekord təkrarlandı
09.10.2026 - 16:43
Azərbaycan Kubokunda 29 illik rekord təkrarlandı

Azərbaycan Kubokunun I təsnifat mərhələsində məhsuldarlıq rekordu qeydə alınıb.

Apasport.az xəbər verir ki, mərhələ çərçivəsində keçirilən 6 qarşılaşmada ümumilikdə 36 qol vurulub.

Ən məhsuldar oyun “Qaradağ Lökbatan” və “Şəki” arasında baş tutub. Meydan sahiblərinin 12:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə 12 qol qeydə alınıb.

“Ağdaş” – “Hypers” (1:6) matçında 7, “Şəmkir” – “Ağstafa Gəncləri” (1:5) qarşılaşmasında isə 6 qol vurulub.

“Şirvan” – “Kür-Araz” (1:3) və “Difai” – “Zəngəzur” (1:3) görüşlərinin hərəsində 4, “Marafon” – “Dinamo” (3:0) oyununda isə 3 qol qeydə alınıb.

Beləliklə, I təsnifat mərhələsində orta məhsuldarlıq 6,00-a bərabər olub. Bununla da Azərbaycan Kuboku tarixinin 29 illik rekordu təkrarlanıb.

Sonuncu dəfə belə göstərici 1997/98 mövsümündə qeydə alınıb. Həmin vaxt 1/16 final mərhələsində baş tutan 19 qarşılaşmada 114 qol vurulub və orta məhsuldarlıq 6,00 olub.