Azərbaycan kubokunda cari mövsümün püşkü atılıb - YENİLƏNİB
30.09.2024 - 15:35
Azərbaycan kubokunda cari mövsümün püşkü atılıb - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunun 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçirilir.

Apasport.az xəbər verir ki, birinci təsnifat mərhələsində yalnız II liqa klubları mübarizə aparacaq.

1/8 final mərhələsi də daxil olmaqla oyunlar bir görüşdən ibarət olacaq. 1/4 finalda isə qarşılaşmalar ev-səfər prinsipi ilə oynanılacaq. 

Birinci və ikinci təsnifat mərhələlərinin cütləri belədir: 

I təsnifat mərhələsi

"Şahdağ" - "Kür Araz"
"Şəki" - "Şəmkir"
"Dinamo" - "Füzuli"
"Lerik" - "Ağdaş"
"Şəfa" -"Saatlı Araz"
"Göygöl" - "Hypers"
"Şimal" - "Qusar"

II təsnifat mərhələsi

"Mingəçevir" - "Zaqatala"
"Qaradağ Lökbatan" - "Karvan"
"Qəbələ" - "Baku Sportinq"
"Şahdağ" - "Kür Araz" cütünün qalibi - "Araz-Naxçıvan"
"Şəki" - "Şəmkir" cütünün qalibi - "Şamaxı"
"Dinamo" - "Füzuli" cütünün qalibi - "Səbail"

"Lerik" -"Ağdaş" cütünün qalibi - "Kəpəz"
"Şəfa" -"Saatlı Araz" cütünün qalibi - "Difai"
"Göygöl" - "Hypers" cütünün qalibi - "Turan Tovuz"
"Şimal" - "Qusar" cütünün qalibi - MOİK

Qeyd edək ki, Azərbaycan kubokunun 2024/25 mövsümündə Azərbaycan Premyer Liqası, 1-ci liqa və 2-ci liqanın bütün klubları iştirak edəcək.

0