
Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Fərid Ağayev, “Sabah” isə icraçı direktor Pərvin Piriyev ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev də iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da start götürəcək.
- Birinci Liqa: “Qəbələ” çempion, "Karvan" və "İmişli" Premyer Liqada! - YENİLƏNİB
- Rəvan Həmzəzadə Əvəzedicilər Liqasına göndərildi - RƏSMİ
- "Kəpəz" yeni mövsümü düşünür: Onlar komandadan göndəriləcək
- I Liqada XXV turun oyun cədvəli açıqlanıb
- Erik Ramos: "Samir Abasova zaman vermək və inanmaq lazımdır" - Müsahibə