Millimiz İraqla qarşılaşacaq
20.11.2026 - 11:12
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, yığma İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq. Qarşılaşma “CBC Sport”un YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
0
0