Azərbaycan kubokunun final matçının tarixi dəyişdirildi
22.04.2025 - 20:27
Azərbaycan kubokunun final matçının tarixi dəyişdirildi

Futbol üzrə Azərbaycan kubokunun final matçının tarixinin dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Tarixin dəyişdirilməsinə səbəb mayın 21-də Bakıda minifutbol üzrə dünya çempionatının həlledici oyunun iyunun 1-nə təsadüf etməsidir. Bununla əlaqədar olaraq Minifutbol Federasiyasının Peşəkar Futbol Liqasına müraciəti nəzərə alınıb və ölkə kuboku final qarşılaşması bir gün əvvələ, mayın 31-nə təyin olunub.

Qeyd edək ki, matç öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.