Azərbaycanın buzüstü rəqs cütlüyü dünya çempionatına vəsiqə qazanıb
01.12.2025 - 17:31
Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlada təmsil edən Anna Obrien - Drake Tonq buzüstü rəqs cütlüyü Estoniyada keçiriləcək yeniyetmələr arasında dünya çempionatına vəsiqə qazanıb.
Apasport.az Qış İdmanı Növləri Federasiyasına istinadən xəbər verir ki, onlar bunu Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan "Santa Claus Cup"da reallaşdırıblar.
Azərbaycan təmsilçiləri 11 idmançı arasında 126.79 xalla 6-cı yeri tutub.
Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı martın 3-8-i aralığında Estoniyanın paytaxtı Tallində keçiriləcək.
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
1
0