Azərbaycanlı güllə atıcıları MDB Oyunlarını 3 medalla başa vurublar
06.10.2025 - 17:29
Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında güllə atıcılığı üzrə yarışlara yekun vurulub.
Apasport.az xəbər verir ki, azərbaycanlı güllə atıcısı Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda gümüş medal qazanıb.
Bundan başqa, Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda üçüncü olub.
Qeyd edək ki, daha öncə Xanna Əliyeva gümüş medal da qazanmışdır.
Beləliklə, idmançılarımız turniri 3 medalla başa vurublar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0