
"Sabah"ı çalışdıran Vasili Berezutski Azərbaycan çempionatı tarixində 65-ci legioner baş məşqçi olub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisə qədər 64 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı komandasını meydana çıxarıb.
Berezutski Premyer Liqada 5-ci rusiyalı baş məşqçidir. Ona qədər Sergey Yuran “Simurq”da, Yuri Syomin “Qəbələ”də, Murad Musayev “Sabah”da çalışıbsa, Kurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir.
Qeyd edək ki, Vasili Berezutskinin "Sabah"dakı debüt matçı Misli Premyer Liqasının XV turunda "Səbail"lə matça təsadüf edib. Komanda onun rəhbərliyi altında qələbə qazanıb - 1:0.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO