“Botafoqo” “Qarabağ”ın futbolçusundan imtina etdi - SON DƏQİQƏ
28.12.2025 - 10:23
“Botafoqo” “Qarabağ”ın futbolçusundan imtina etdi - SON DƏQİQƏ

“Botafoqo” “Qarabağ”ın üzvü Pedro Bikalyo ilə bağlı yekun qərarını verib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Braziliya təmsilçisi 24 yaşlı yarımmüdafiəçinin transferindən imtina edib.

Klub rəhbərliyi braziliyalı futbolçu üçün “köhlən atlar”a yeni təklif göndərməyi planlaşdırmır.

Qeyd edək ki, Pedro Bikalyo Portuqaliyanın “Alverka” klubundan “Qarabağ”a transfer olunub. O, daha əvvəl “Palmeyras”, “Santa Klara” və “Vitoriya” klublarının da şərəfini qoruyub.