Braziliyalı yarımmüdafiəçi "Sumqayıt"da
07.07.2024 - 12:55

“Sumqayıt” Fernando Medeiros ilə müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, 2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Komanda son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş Fernando Medeiros ilə 2+1 illik müqavilə imzalayıb.
28 yaşlı yarımmüdafiəçi "Sumqayıt"da “11” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeiros karyerası boyunca bu klubla yanaşı “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense”, “Eqnatiya” kimi klubların şərəfini qoruyub.
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- Millimizin Haiti və Belarusla oyunlarının təyinatları açıqlanıb
- Bu gün Bakıda keçiriləcək dünya çempionatının püşkü atılacaq
- "Baku Sportinq" "İmişli"yə qarşı - YENİLƏNİR
- Millimiz Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxacaq
0
0