Qərb derbisində sevinən tərəf “Turan Tovuz” oldu - YENİLƏNİB
28.11.2026 - 18:27
Qərb derbisində sevinən tərəf “Turan Tovuz” oldu - YENİLƏNİB

Misli Premyer Liqasında XIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün Qərb derbisi baş tutub.

“Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edib. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma saat 16:30-da başlayıb.

Görüşü İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

3 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub - 2:1.

Tovuz təmsilçisi 27 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Ehtiyatda bir oyunu olan Gəncə klubu isə 18 xalla altıncı sırada yer alıb.

Misli Premyer Liqası

XIII tur

28 noyabr

16:30. “Turan Tovuz” – “Kəpəz” 2:1

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov

VAR: Rəvan Həmzəzadə

AVAR: Teymur Teymurov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Anar Şixəliyev

Tovuz şəhər stadionu.