[b]“Bundan sonra çox şeyi dəyişməliyik” - Boatenq[/b]
17.06.2018 - 22:42
“Növbəti oyunda qat-qat yaxşı oynamalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin futbolçusu Jerom Boatenq deyib.
Təcrübəli müdafiəçi DÇ-2018-in Meksika ilə oyunundakı 0:1 hesablı məğlubiyyətdən narazı qalıb: “Bizim məğlubiyyətlə qrupdakı digər komandaların şansının artması barədə danışmaq hələ tezdi. Bugünkü görüşdən sonra çox şeyi dəyişməliyik. İlk yarıda pis oynayıb, rəqibə 4-5 qol imkanı verdik. Komanda oyunu nümayiş etdirməli, daha çox qol imkanı yaradıb, aqressiv oynamalıyıq”.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0