“D-8 Gənclər Dialoqunun fəaliyyət istiqamətində Azərbaycanın təcrübələrindən yararlanmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır".
Apasport.az xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmam Bakıda açılışı keçirilən “D-8 Gənclər Dialoqu”nun açılış mərasimində bildirib.
O qeyd edib ki, D-8 Gənclər Dialoqunun fəaliyyət sahəsinə ticarət, nəqliyyat daşımaları, təhsil, sağlamlıq və iqlim məsələləri daxildir: “Azərbaycanın bizimlə əməkdaşlıq etməsindən məmnunuq. Çünki ölkənin qeyd olunan sahələrdə zəngin təcrübəsi mövcuddur. Eyni zamanda Azərbaycanın COP29-la bağlı təcrübəsi də bizim üçün son dərəcə önəmlidir. Əhalimizin 20 faizini gənclər təşkil edir və onların bu təcrübələrdən faydalanması böyük əhəmiyyət daşıyır".
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib