"Əl-Hilal" Neymarla bağlı qərar verib
03.12.2024 - 17:33
"Əl-Hilal" Neymarla bağlı qərar verib

Neymar 2024/2025 mövsümünün sonuna kimi "Əl-Hilal"dan getməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Neymar komandadan göndəriləcək mərkəz müdafiəçisi Kalidou Koulibalidən fərqli olaraq komandada qalacaq.

Qeyd edək ki, braziliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının bu mövsümündə heç bir oyun keçirməyib.

O, dizindəki çarpaz bağlar zədələndiyi üçün təxminən 1 il forma geyinə bilməyib.

Qeyd edək ki, tərəflər arasında mövcud müqavilə gələn ilin yayında başa çatacaq. 
 

0