Əmrah Çəlikəl: “Üçüncü ulduzumuzu da görmək istəyirəm”
18.05.2025 - 22:52
Əmrah Çəlikəl: “Üçüncü ulduzumuzu da görmək istəyirəm”

Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, doğma meydanda "Kəpəz"i qəbul edən çempion "Qarabağ" 3 cavabsız qolla qalib gəlib.

Oyundan sonra "Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl çempionluqla bağlı bir sıra açıqlamalar verib:

"Bu sevinci yaşadığımıza görə çox xoşbəxtəm. Allah qoysa, davamlı olsun. 14-15 olsun. Açığı, mən üçüncü ulduzumuzu da görmək istəyirəm".

Çəlikəl, kuboku qazanmaq üçün əllərindən gələni edəcəklərini açıqlayıb: "Qızıl dubl"a gəldikdə, kubokun finalında da bunun üçün əlimizdən gələni edəcəyik. Komandamız da, oyunçularımızın da final görüşünə tam motivasiyalı çıxacağına inanıram. Əlbəttə ki, avrokuboklar öncəsi kubokda uğur bizim üçün böyük stimul olardı".

Klub rəsmisi, yeni sezon heyətin gücləndirilməsi haqda məsələyə bu cür yanaşıb: "Heyətin güclənməsinə gəldikdə, mütləq ki, transferlər olacaq. Ancaq bu barədə mənə elə gəlir ki, kubok matçından sonra planlarımız daha da dəqiqləşəcək, bəlli olacaq".