Hakimi təhqir etdi, 4 oyun cəza aldı
23.04.2025 - 14:34
Hakimi təhqir etdi, 4 oyun cəza aldı

Əvəzedicilər Liqasında çıxış edən iki komadanın futbolçuları diskvalifikasiya olunub.

Apasport.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

31-ci turun “Sabah-2” – “Səbail-2” matçı bitdikdən sonr meydan sahibi komandanın futbolçusu Əli Abbasov rəqibin ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Səbail-2”nin futbolçusu Bəhram Köçərli isə hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçusunun hərəkətinə görə “Səbail-2” 300 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmçinin, “Sabah-2” Əsasnamənin tələbini pozduğuna görə daha 50 manat cərimələnib.