Hakman "Turan Tovuz"dan ayrılacaq? - DURUMUNA AYDINLIQ GƏLDİ
24.04.2025 - 13:13

"Turan Tovuz"un futbolçusu Emmanuel Hakmanın taleyinə aydınlıq gəlib.
Apasport.az saytına verilən məlumata görə, müdafiəçi komandada qalacaq.
Kurban Berdıyev arxa xətt oyunçusunun çıxışından məmnundur.
Klub rəhbərliyi hazırda toqolu ilə yeni müqavilə barədə danışıqlar aparır. Onun xidmətində başqa klublar da maraqlıdır. Buna baxmayaraq, Hakmanın komandada qalmaq istədiyi bildirilir.
Futbolçunun hazırkı sözləşməsi yayda başa çatacaq. Yeni müqavilənin may ayının sonlarında açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Emmanuel 2023-cü ilin sentyabrında "Turan Tovuz"a qoşulub.
1
0