
Bu gün Azərbaycan II Liqasında XXV turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, bütün görüşlər eyni vaxtda baş tutub.
Autsayder “Füzuli” ikinci pillədə qərarlaşan “Şəfa”nı qəbul edib. Qonaqlar rəqibinin qapısından 7 cavabsız top keçirib - 7:0.
“Lerik” isə “Şəmkir"ə 1:4 hesabı ilə məğlub olub.
Lider “Şahdağ Qusar”ın rəqibi isə “Qusar” olub. Gərgin keçən qarşılaşmada sevinən tərəf ev sahibləri olub - 3:1.
Bu nəticə ilə "Şahdağ Qusar" çempion tituluna sahib çıxıb.
Azərbaycan II Liqası
XXV tur
13 may
17:00 "Füzuli" – "Şəfa" - 0:7
17:00 "Şahdağ Qusar" – "Qusar" - 3:1
17:00 "Ağdaş" – "Dinamo" - 0:2
17:00 "Göygöl" – "Kür-Araz" - 4:1
17:00 "Hypers Guba" – "Şimal" - 2:1
17:00 "Sheki City" – "Araz Saatlı" - 1:0
17:00 "Lerik" – "Şəmkir" - 1:4