Bu gün futbol üzrə Azərbaycan II Liqasında VI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.
“Hypers” öz meydanında “Marafon”la üz-üzə gəlib.
“Şirvan” “Difai”ni, “Ağdaş” “Dinamo”nu sınağa çəkib.
4 oktyabr (bazar)
“Hypers” – “Marafon” 1:1
Hakimlər: Rəsul Babayev, Hüseyn Vəliyev, Tural Bayramov, Rüfət Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Bərdə şəhər stadionu, 15:00
“Ağdaş” – “Dinamo” 0:4
Hakimlər: Nəriman Ağayev, Elvin Mədətov, Ağadur Mahmudov, Elçin Abdullayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elman Musayev
Ağdaş şəhər stadionu, 15:00
“Şirvan” – “Difai” 3:3
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ləman Əmirli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şirvan OİK stadionu, 15:00