İlham Əliyevin nəvələri Messi ilə görüşüblər
11.12.2024 - 15:21
Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarov Bakıda səfərdə olan ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları - Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba ilə görüşüblər.
Apasport.az xəbər verir ki, iş adamı Emin Ağalarovun övladları bu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər.
Ağalarovlar qonaqları "Azərbaycana xoş gəlmisiz" paylaşımı ilə qarşılayıblar.
Qeyd edək ki, Messi, Suares, Buskets və Alba bu gün Bakı Kristal Zalında baş tutacaq musiqili-əyləncəli görüşdə iştirak edəcəklər.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0