"Qarabağ" ölkə kubokunun 1/8 final matçının MOİK-lə görüşünü Xankəndidə keçirəcək.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubu bu matçda azarkeş sarıdan sıxıntı çəkməyəcək.
Saytımıza verilən məlumata görə, "Qarabağ"ın azarkeşləri də Xankəndiyə yollanacaq. Həm "İmarət Tayfa", həm də "Qarabağ Ordu" Azərbaycanın tarixi torpağında keçiriləcək görüşü stadiondan canlı izləyəcək.
Hər iki azarkeş qrupununun oyun günü, yəni dekabrın 21-də Koroğludan avtobuslarla Xankəndiyə yollanması planlaşdırılır.
Oyunu stadionda izləmək istəyən sıravi vətəndaşların isə bunu necə həyata keçirəcəyi hələ də sual altındadır. Belə ki, oyuna 2 gün qalmasına baxmayaraq, bilet və transport məsələləri barədə hələ ki, rəsmi açıqlama yoxdur.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ