İslam Oyunları: Azərbaycanın qılıncoynatma komandası finala yüksəlib
20.11.2025 - 17:51
Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Apasport.az xəbər verir ki, sablya növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Türkiyəni 45:32 hesabı ilə məğlub edərək həlledici görüşdə iştirak hüququ qazanıb.
Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan millisini sınağa çəkəcək.
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
0
0