Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti yarış günündən sonra medal cədvəli yenilənib.
Apasport.az xəbər verir ki, hazırda turnirə Türkiyə liderlik edir. Qardaş ölkənin idmançıları 26 qızıl, 6 gümüş və 4 bürünc medal qazanaraq ümumilikdə 36 medalla birinci pillədə qərarlaşıblar.
İkinci yerdə 17 medalla Özbəkistan (4 qızıl, 9 gümüş, 4 bürünc), üçüncü pillədə isə Nigeriya (4 qızıl, 1 gümüş, 1 bürünc) yer alıb.
Azərbaycan idmançıları da uğurlu çıxışlarını davam etdirir. Təmsilçilərimiz 2 qızıl, 3 gümüş və 12 bürünc medal olmaqla ümumilikdə 17 mükafat toplayaraq medal sıralamasında 6-cı pillədə qərarlaşıblar.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb