Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal cədvəli yenilənib.
Apasport.az xəbər verir ki, yarışın lideri qardaş Türkiyə yığmasıdır. Bu ölkənin idmançıları indiyədək 39 qızıl, 13 gümüş və 9 bürünc medal qazanaraq ümumilikdə 61 mükafatla birinci yerdə qərarlaşıblar.
İkinci pillədə Özbəkistan (9 qızıl, 12 gümüş, 8 bürünc – 29 medal), üçüncü sırada isə Misir (6 qızıl, 4 gümüş, 9 bürünc – 19 medal) yer alıb.
Azərbaycan idmançıları isə mötəbər yarışda uğurlu çıxışlarını davam etdirirlər. Təmsilçilərimiz ümumilikdə 29 medal (4 qızıl, 9 gümüş, 16 bürünc) qazanaraq medal sıralamasında 6-cı yeri tutur.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib