
“Karvan”ın baş məşqçisi Kənan Kərimov apasport.az saytına müsahibə verib.
- "Karvan" artıq Premyer Liqaya geri qayıtdı. Hansısa dönəmdə bunu reallaşdıra bilməyəcəyinizlə bağlı tərəddüdünüz oldu, yoxsa sonuna qədər inanırdınız ki, Premyer Liqaya çıxacaqsınız?
- Bəli, 16 ildən sonra Premyer Liqaya qayıtdıq. Çox sevindirici haldır. Yevlax azarkeşlərini, klub rəhbərini təbrik edirəm. Onun qayğısı, dəstəyi nəticəsində bunlar reallaşdı. Komandanı Region Liqasında götürəndə, çətin dönəmdən keçirdik. Şadam ki, bunları reallaşdırdıq və Premyer Liqaya qədər yüksələ bildik. Buna görə çox sevinirəm. Çəkdiyimiz əziyyət yerdə qalmadı.
- Oyunlarınızı Bakıda keçirmək ehtimalı yüksəkdir?
- Çalışacağıq ki, bu problemi həll edək. Ev oyunlarını Bakıda keçirməklə bağlı klub prezidenti ilə danışmamışıq. Çalışacağıq ki, stadionun ot örtüyünü dəyişək, ev matçlarımızı da Yevlaxda keçirək.
- Rəhbərliklə söhbətiniz olub? Yeni mövsümə komandanı siz çıxaracaqsınız?
- Hələ qarşıda 4 tur var. Birinci Liqanın oyunları hələ bitməyib. Bu oyunlardan sonra klub prezidenti ilə görüşəcəyik, hərtərəfli söhbətimiz olacaq. Təbii ki, heyət məsələsini də müzakirə edəcəyik.
- Daim Premyer Liqa və aşağı liqa arasında böyük uçurumun olduğu deyilir. Sizcə, hazırkı heyətiniz faiz etibarı ilə nə qədər dəyişməlidir ki, Premyer Liqa üçün hazır komandanız olsun?
- Bəli, reallıq odur ki, əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil. Çox güman ki, 70-80 faiz dəyişikliklər olacaq. Zamanla görəcəyik.
- Yeni sezondan Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bunu qərarı özünüz üçün necə dəyərləndirirsiniz?
- Çox güman yerli, Premyer Liqa təcrübəsi olan futbolçular da heyətdə olacaq. Onları komandamıza dəvət edəcəyik. Çempionat bitsin, hələ oyunlar var. Elə məsələlər var ki... Klub daxilində prezidentlə aramızda olan bəzi söhbətlər var. Çempionat bitəndən sonra veriləcək qərarlar olacaq. Ondan sonra danışmaq olar ki, neçə yerli, neçə legioner futbolçu heyətdə olacaq. Yəni zaman keçsin, bu haqda danışarıq. Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Hamı kimi bizim üçün də yenilikdir. Hər halda, Premyer Liqaya artıq vəsiqə qazanmışıq və buna görə şadıq.
- "Karvan" ev oyunlarını harada keçirəcək? - Süni ot örtüyü...
- “Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”
- FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb
- Vüqar Mustafayev Azərbaycan çempionatlarında yubiley matçına çıxıb