"Kəpəz"in Gəncədə növbəti sınağı - YENİLƏNİR
04.09.2026 - 11:42
"Kəpəz"in Gəncədə növbəti sınağı - YENİLƏNİR

Misli Premyer Liqasında IV tura start verilir.

Apasport.az xəbər verir ki, açılış günündə daha bir matç keçiriləcək.

"Kəpəz" Gəncədə növbəti matçına çıxacaq.

Komanda "Şamaxı"nı qəbul edəcək. Qələbəsi olmayan qonaqlar meydana 3 xal üçün çıxacaq.

"Kəpəz" isə doğma azarkeşlər önündə növbəti dəfə sevinc yaşamaq niyyətindədir.

Görüş "münəccimlər"in baş məşqçisi Azər Bağırov üçün də əlamətdar olacaq. Mütəxəssis sabiq komandası "Kəpəz"ə qarşı ilk sınağına çıxacaq.

Misli Premyer Liqası
IV tur
4 sentyabr

20:15. "Kəpəz" – "Şamaxı"
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu