Krunoslav Renduliç: “Ağlamaq üçün vaxtımız yoxdur”
27.10.2024 - 20:12
Krunoslav Renduliç: “Ağlamaq üçün vaxtımız yoxdur”

Misli Premyer Liqasının XI turunun "Sabah" - "Neftçi" matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib.

"Oyunçularımı təbrik edirəm. Onlar bu gün mükəmməl çıxış etdilər. Son saniyəyə qədər keyfiyyətli, inadkar oyun göstərdik. Amma əfsuslar olsun ki, çox qol epizodundan yararlanmayanda, qalib gələ bilmirsən. Futbolda ən yaxşı qol fürsəti penaltidir. Onu da qaçırdıqdan sonra qələbə gözləmək bir az çətin olur. Bu gün biz qalibiyyətə daha yaxın idik. Əfsuslar olsun ki, bu gün iki xal itirdik. İlk saniyədən sona qədər yaxşı idik. Xüsusən də ikinci hissədə. İki xal itirdik, ağlamaq üçün vaxtımız yoxdur. Sabahdan etibarən qarşıdan gələn rəqib haqda fikirləşəcəyik".

- Məgər "Sabah" yalnız "Neftçi" ilə oynamalıdır ki, qol buraxmasın? Onlarla görüşlərdə qol buraxmırsınız...
- Federasiyadan istəyəcəyik ki, qarşıdakı turda da rəqibimiz "Neftçi" olsun (gülür). Amma əmin deyiləm ki, bu mümkündür. 

- Dörd oyundur ki, qələbə üzünə həsrətsiz. Özünüz üçün ağlamağa vaxtınız olmasa da, qələbəsizlik seriyası ilə azarkeşlərinizi ağladırsız. Seriyanın qırılmasına zaman lazımdır?
- Əlbəttə ki, bunlar futbolun bir parçasıdır. Bu cür hallar davam edir. Son 4 oyunda daha çox xallara layiq idik. "Qarabağ"la oyundan başlayaraq belədir. Azarkeşlərə nə deyə bilərəm? Heç kim qaranti vermir ki, biz hər oyunda qalib gələcəyik. Amma onlar komandamızın bir parçasıdır. Bizi dəstəkləməyə davam etsinlər. Ümid edirəm ki, qarşıdakı matçda qalib gələcəyik və birlikdə qeyd edəcəyik.

- Sofian Çaklanın oynamamasının səbəbi nədir?
- Heç nə. Futbolda belə hallar baş verir. Zədəli idi. İki həftə buraxmalı oldu. İqor onu əvəz etdi və yaxşı oynadı. Bu gün də "23-lük"də yox idi. Dünən xəstələndiyi üçün heyətə daxil etmədik.

- Üç xalı əvəz edən məqam yaxşı oyun olsaydı, yəqin ki, turnir cədvəlində daha yuxarı sıralarda olardınız?
- Mən bayaq sadəcə zarafat etmək istəyirdim, təhqir yox. Əlbəttə ki, hər zaman yaxşı oynamaq lazımdır. Pis oynasan xalları əldə edə bilməyəcəksən. Bu gün yaxşı hallardan biri də qapımızda qol görməmək idi.

- Avrokuboklara uğrunda mübarizə aparan heç bir komandaya qalib gələ bilməmisiz. Avrokuboklar şansının təhlükədə olduğunu düşünürsüz?
- Hələ yanvara qədər çox var. Mən yanvarı yox, yalnız sabahı fikirləşirəm. Yanvar çox irəlidədir. İndiyə qədər qazandığımız xallardan razı deyiləm, daha çoxunu layiqik. Amma oyunçularıma dedim ki, onlardan razıyam. Əfsuslar olsun ki, bu gün bəxtimiz gətirmədi.

0