[b]Kvist mundialla vidalaşır?[/b]
16.06.2018 - 23:30
Danimarka milli komandasının futbolçusu Vilyam Kvist üçün DÇ-2018 başa çata bilər. Apasport.az saytının məlumatına görə, Peru ilə ilk turun qarşılaşmasında zədələnən yarımmüdafiəçinin xəsarətinin ciddi olduğu bildirilir.
Qabırğasını zədələyən 33 yaşlı futbolçuda sınıq olduğunu baş məşqçi Oqe Hareyde iddia edib. O bildirib ki, Kvistin qabırğasının sındığı qənaətindədi: “Lakin son rəyi həkimlər verəcək. Əgər ehtimallarım düz çıxsa, yarımmüdafiəçi mundialla vidalaşacaq”.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0