Mahir komandasının kollektiv məşqinə qatılmayıb
14.05.2025 - 12:56
Mahir komandasının kollektiv məşqinə qatılmayıb

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda ötən gün kollektiv məşqə qatılmayıb.

Apasport.az xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumçu Ondrey Karafiat və Stefanos Tzimasla birlikdə fərdi şəkildə məşq edir.

Qeyd edək ki, Mahir Emrelinin mövsümün sonunda "Nürnberq"dən ayrılacağı dəqiqləşib. Komanda çempionatın sonuncu turunda "Ayntraxt" (Braunşveyq) klubu ilə üz-üzə gələcək. Mayın 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.