"Qələbə qazanmağa məcburuq. Belə rəqibdən xal ala bilməsək, məğlub edə bilməsək, biabırçılıq olacaq".
Bu sözləri apasport.az saytına açıqlamasında Mahir Şükürov deyib.
Yığmanın sabiq futbolçusu Estoniya ilə matçı dəyərləndirib: "Estoniyaya məğlubiyyət biabırçılıqdır. Uduzsaq, bundan sonra heç bir bəhanə qalmayacaq. Ona görə də bütün problemləri kənara qoyub, vuruşmaq lazımdır. Kimin dostu ilə, sevgilisiylə nə məsələsi varsa, evdə qoyub meydana çıxmalıdır. Bu oyuna köklənib səfərdən 3 xalla dönmək çox vacibdir. Qələbə qazanmasaq, çox pis olacaq. Həm yığmaya ümid qalmayacaq, həm də reytinqdə daha da geriləyəcəyik. Bunlara baxmayaraq milli komandaya uğurlar arzulayıram".
Qeyd edək ki, Estoniya - Azərbaycan görüşü bu gün saat 20:00-da start götürəcək.