Bu gün Misli Premyer Liqasında XIII turun oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “İmişli” “Şəfa”nı qəbul edəcək.
Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq.
Geridə qalan 12 turdan sonra “İmişli” 12 xalla turnir cədvəlinin 8-ci, “Şəfa” isə 5 xalla 11-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, komandalar arasında ilk dövrədə Sumqayıtda keçirilən qarşılaşma “İmişli”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Misli Premyer Liqası
II dövrə, XIII tur
27 noyabr
14:30. “İmişli” – “Şəfa” 0:1
Qol: E. Cəfərov, 14
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Yevlax şəhər stadionu