“Mançester Yunayted” Onanaya əvəzləyici tapıb
22.04.2025 - 11:26
“Mançester Yunayted” Onanaya əvəzləyici tapıb

Dioqo Kosta "Mançester Yunayted"ə keçə bilərmi?

"Mançester Yunayted" Andre Onananın yerinə "Portu"nun qapıçısı Dioqo Kostanı transfer etməyi düşünür.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, mankunianlarla yanaşı "Siti" də futbolçu ilə maraqlanır.

Bu mövsüm Kosta bütün yarışlarda 41 oyun keçirib, 44 qol buraxıb. Qapıçı 18 dəfə qapısını toxunulmaz saxlayıb.

Dioqo Kostanın transfer qiyməti nə qədərdir?

Kostanın "Porto" ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Onun transfer dəyəri 38 milyon avro olaraq qiymətləndirilir.

Onananın “Lion” matçında etdiyi səhvlər

Xatırladaq ki, Onana Avropa Liqasının 1/4 final mərhələsinin “Lion”la (2:2) ilk oyunundan sonra ehtiyat oyunçular skamyasında qalıb. Buna qapıçının qolla nəticələnən iki kobud səhvə yol verməsi səbəb olub.