“Sabah” finalda - “Neftçi” kubokla vidalaşdı - YENİLƏNİB
23.04.2025 - 21:55
“Sabah” finalda - “Neftçi” kubokla vidalaşdı - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start verilib. 

Apasport.az xəbər verir ki, "Sabah" doğma meydanda "Neftçi"ni qəbul edib.

Tərəflər arasındakı ilk görüş Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı - 2:1.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə ilə "Sabah" adını final mərhələsinə yazdırıb. "Neftçi" isə kubokla vidalaşıb. 

Azərbaycan kuboku,

Yarımfinal

23 aprel

20:00. "Sabah" - "Neftçi" 1:1

Qol: C. Sekidika, 23, E. Mahmudov, 41