Arda vurdu, “Real” qələbə qazandı
24.04.2025 - 01:33

İspaniya La Liqasında XXXIII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, "Real Madrid" səfərdə "Xetafe" ilə üz-üzə gəlib.
Gərgin keçən matçın taleyini 1 qol həll edib. Türkiyə millisinin üzvü Arda Gülerin 21-ci dəqiqədə vurduğu qol "kral klubu"na qələbə qazandırıb - 1:0.
Turun digər matçında "Real Sosyedad" səfərdə "Alaves"ə 0:1 hesabı ilə məğlub olub.
İspaniya La Liqası
XXXIII tur
23:30. "Xetafe" - "Real Madrid" - 0:1
23:30. "Alaves" - "Real Sosyedad" - 1:0
0
0